Rusiyanın sərnişin təyyarəsi eniş zamanı parçalandı – YARALILAR VAR

Rusiyanın sərnişin təyyarəsi eniş zamanı parçalandı – YARALILAR VAR

Hazırda oxunan: Rusiyanın sərnişin təyyarəsi eniş zamanı parçalandı – YARALILAR VAR

36626

Rusiyanın "Aeroservice" şirkətinə məxsus L-410 sərnişin təyyarəsi İrkutsk vilayətində çətin eniş edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Təcili yardım xidmətindəki mənbə TASS-a bildirib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, göyərtədə 16 nəfər olub.

"Kazaçinskoye kəndindən 4 km cənub-qərbdə, ilkin məlumatlara görə, İrkutskdan Kazaçinskoye istiqamətinə gedən L-410 təyyarəsi çətin eniş etdi. Gəmidə iki ekipaj üzvü olmaqla 14 nəfər olub",- agentliyin məlumatında deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada təyyarə Moskva çayına düşdü


Mənbə bir neçə adamın yaralandığını söyləyib.

Təyyarə eniş zamanı alovlanıb, tayqaya düşüb və parçalanıb. Bir neçə nəfər yaralanıb, bəziləri təyyarədən təkbaşına düşüb. 

Xilasedicilər hadisə yerinə gəliblər. İrkutskdan Mi-8 vertolyotu gətirilib. 

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti hadisənin Moskva vaxtı ilə saat 18:15 radələrində baş verdiyini dəqiqləşdirib. 

Qeyd edək ki, yalnız keçən ay Rusiyada 6 təyyarə qəzaya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO