Sabir Rüstəmxanlı: “İran bizə qardaş deyə-deyə daim Ermənistanın yanında olub”

Sabir Rüstəmxanlı: “İran bizə qardaş deyə-deyə daim Ermənistanın yanında olub”

Hazırda oxunan: Sabir Rüstəmxanlı: “İran bizə qardaş deyə-deyə daim Ermənistanın yanında olub”

36616

“İran bizə din qardaşı deyə-deyə daim Ermənistanın yanında olub, bununla bağlı bir çox faktlar var. Baxmayaraq ki, İranın rəsmiləri Azərbaycan təmsilçiləri ilə görüşəndə başqa mövqe sərgiləyir, ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma həqiqətdə belə deyil”.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı modern.az-a açıqlamasında səsləndirib.

“Ermənilər bizim bəzi mülkləri İrana satırdı. Ən ağır tərəfi İranın özünün də müsəlman ölkəsi olmasıdır. Müsəlman ölkəsi sayılan İranın gözü qabağında Azərbaycanın məscidləri dağıdılıb, təhqir edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabir Rüstəmxanlıdan hökumətə MÜRACİƏT 


Buna görə də İranın mövqeyi bəllidir, Xankəndinə yüklər daşıyırsa, biz buna təəccüblənməli deyilik.

Ruslar da bu məsələdə ikibaşlı olmalı deyil. Birmənalı şəkildə bura Azərbaycan ərazisidir, kimsə ərazimizə girirsə, mütləq bizdən icazə almalıdır. Sülhməramlılar sülh adı altında yeni quldur-terrorçu qruplaşdırması yaratmamalıdır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO