Bakıda sərnişin avtobusları toqquşdu: Yaralılar var

Bakıda sərnişin avtobusları toqquşdu: Yaralılar var

Hazırda oxunan: Bakıda sərnişin avtobusları toqquşdu: Yaralılar var

36545
Bakıda avtobus qəzası baş verib.

APA-nın məlumatına görə, Zabrat yolunda 198 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu 163 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Nəticədə avtobusda olan iki nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə ilə bağlı agentliyə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanıb: "Hər iki avtobusun qəza vaxtı sürət həddini müəyyənləşdirməkdən ötrü GPS məlumatlarına baxılacaq. Hadisə hansı marşrut xəttinin günahı üzündən baş veribsə, onunla bağlı tədbir görüləcək”.
 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO