ABŞ Prezidenti Co Bayden Nyu -Yorkda təşkil olunan 11 sentyabr terroru qurbanlarını anma mərasimində qəribə bir jestlə yadda qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı jurnalist Çarli Spayrinq özünün tvitter hesabından paylaşım edib.
O, Baydenin fotosunu paylaşaraq bu sözləri qeyd edib:
“Amerika lideri qəflətən maskasını aşağı salaraq kütləyə sanki qışqırmaq görüntüsü verib”.
Qeyd edək ki, Co Bayden “əkiz” qüllələrə hücumun ildönümü ilə əlaqədar olaraq, 10, 11, 12 sentyabr tarixlərini anım günü elan edib.
Getty captures Joe Biden pulling down his mask to shout out at someone in the crowd at the 9/11 ceremony pic.twitter.com/am8SeGK4rI
— Charlie Spiering (@charliespiering) September 11, 2021
Bizim.Media