Fransa Türkiyəyə qarşı sanksiyalara hazırlaşır

Fransa Türkiyəyə qarşı sanksiyalara hazırlaşır

Hazırda oxunan: Fransa Türkiyəyə qarşı sanksiyalara hazırlaşır

3651

"Röyters” xəbər agentliyi Fransa, Yunanıstan və Cənubi Kiprin Türkiyə qarşı sanksiyaların tətbiqi barədə reportaj hazırlayıb..

Bizim.Media-nın məlumatına görə xəbərdə qeyd olunub ki, Fransa Şərqi Aralıq dənizi böhranı ilə bağlı Avropa İttifaqına (Aİ) təzyiq göstərir. Sanksiyaların irəli sürülməsinə baxmayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geri çəkilmir.

Qeyd edilib ki, Avropa Parlamenti (AP) və Aİ Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini tələb edən bir qərar imzalayıb.

Avropa Parlamenti 631 lehinə, 3 əleyhinə və 59 bitərəf səslə Kipri dəstəkləyən qanunu qəbul edib.

Məqalədə Cənubi Kiprin Aİ liderlərinə daha əvvəl Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması barədə addımlar atılması təklifi irəli sürdüyü bildirilib.

Qeyd olunub ki, Avropa Parlamenti Ərdoğanın bu ay Şimali Kipr ziyarətindən sonra belə bir qərara gəlib.

Həmçinin xəbərdə yazılıb ki, AP Türkiyənin Aralıq dənizində təbii qaz axtarışında olduğu qənaətinə gəlib və rəsmi Ankara iddiaları rədd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO