NATO və Aİ arasında gərginlik artır – Təşkilat rəhbərindən İttifaqa növbəti XƏBƏRDARLIQ 

NATO və Aİ arasında gərginlik artır – Təşkilat rəhbərindən İttifaqa növbəti XƏBƏRDARLIQ 

Hazırda oxunan: NATO və Aİ arasında gərginlik artır – Təşkilat rəhbərindən İttifaqa növbəti XƏBƏRDARLIQ 

36506

NATO -nun baş katibi Avropanı Rusiya və Çindən gələn təhdidlərə görə ittifaqla rəqabət aparmamağa çağırıb. 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın “RTBF” kanalına müsahibəsində deyib. 

Stoltenberq Avropa Çevik Qüvvələrinin təşkilatın Rusiya və Çin təhdidləri ilə üzləşdiyi bir mühitdə NATO üçün rəqabət yarada biləcəyini qeyd edib. 
 
Onun sözlərinə görə, hərbi qüvvələr yaratmaq təşəbbüsləri NATO -nun gücləndirilməsi səylərinə uyğun olmalıdır. 

Stoltenberg açıqlamasında "NATO illərdir Avropa müttəfiqlərini daha yaxşı manevr qabiliyyəti əldə etmək üçün hərbi xərclərini artırmağa çağırır.

Avropalıların daha çox sərmayə qoymasını alqışlayıram. Ancaq bu NATO xaricində olmamalı və rəqabət yaratmamalıdır", - deyə bildirib. 
 
Qeyd edək ki, son dönəmlərdə Avropa İttifaqının öz müstəqil ordusunu yaratamaq istiqamətində səyləri get-gedə daha da artmaqdadır. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO