Ərdoğan: “Türkiyə regionda söz sahibidir”

Ərdoğan: “Türkiyə regionda söz sahibidir”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə regionda söz sahibidir”

36503

“Türkiyə regionumuzdakı hər məsələdə diplomatik, hərbi, iqtisadi gücü ilə artıq söz sahibidir, bu artıq müzakirə mövzusu deyil”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) 26-cı fövqəladə toplantısında bildirib. 

R.T.Ərdoğan deyib ki, Türkiyə BMT-dən, G-20-dək olduğu hər yerdə artıq öz sözünü deməyi bacarır:

 “Suriyadan Liviyaya, Aralıq dənizindən Qafqazadək hər yerdə bu mövqeyimizin təsirlərini görmək mümkündür. Liviyaya, Azərbaycana dəstəyimiz bölgədəki sülhü təmin etdi. Türkiyə 81 vilayəti, 84 milyon vətəndaşı, qol-qanad gərdiyi qardaşları, tarix və mədəniyyət əlaqələri olan dost ölkələrlə birlikdə hədəflərinə yönəlmiş vəziyyətdədir”. 

Türkiyə Prezidenti ölkəsinin hazırda texnologiya sahəsində öz markalarını bütün dünyaya qəbul etdirmək gücünə sahib olduğunu da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO