6 doza vaksin olunan şəxsdən maraqlı AÇIQLAMA: “Kokteyl kimi oldu...” 

6 doza vaksin olunan şəxsdən maraqlı AÇIQLAMA: “Kokteyl kimi oldu...” 

Hazırda oxunan: 6 doza vaksin olunan şəxsdən maraqlı AÇIQLAMA: “Kokteyl kimi oldu...” 

36498

Almaniyada təqaüdə çıxdıqdan sonra Türkiyədə yaşamağa başlayan Ərkan Misirli adlı şəxs 6 doza vaksin olunmaqla, dünyada bir ilki gerçəkləşdirib. 

Bizim.Media “hürriyet”ə istinadən xəbər verir ki, sözügedən şəxs ümumilikdə 4 fərqli peyvənd növünü öz üzərində sınaqdan keçirib.

Belə ki, ilk olaraq Türkiyədə iki doza “Sinovac” peyvəndi olunan Ərkan, daha sonra Almaniyaya yollanıb.

Burada isə Berlin hökumətinin “Sinovac”ı tanımaması səbəbindən Ərkan “Astra Zeneca” ilə 3-cü dəfə peyvəndlənib.

Daha sonra isə, erkan qeyd olunan vaksinin tükənməsi səbəbindən “Moderna” vaksini ilə 4-cü təcrübəsini yaşayıb. 

Qəhrəmanımızın sonuncu iki dozası isə “Pfizer” peyvəndinin payına düşüb.  
 
Ümumilikdə 4 fərqli peyvəndlə 6 doza vaksin olunan Ərkan Misirli durumu haqqında maraqlı fikirlər səsləndirməyi də unutmayıb:

“6-cı doza kokteyl effekti yaratdı, lakin peyvəndlərin qoruyucuyluğuna güvənirəm”. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO