Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamda – FOTOLAR 

Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamda – FOTOLAR 

Hazırda oxunan: Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamda – FOTOLAR 

36490

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallıqlarına məruz qoyulmuş türbələr və Natəvanın dağıdılmış məzarı göstərilib.

Daha sonra qonaqlar Ağdamdakı çörək muzeyinə səfər ediblər. Onlara muzey barədə ətraflı məlumat verilib. 

Bundan sonra, nazirlik nümayəndələri Ağdam məscidinə gəliblər. Məscidlə tanışlıqdan sonra qonaqlara Ağdamda yaradılması nəzərdə tutulan Sənaye Parkı, eləcə də şəhərin Baş Planı barədə məlumat verilib. 

E.Hüseynov şəhərdə görüləcək işlər barədə ətraflı danışıb, planlaşdırılan yol-nəqliyyat infrastrukturu, ağıllı və dayanıqlı sosial infrastuktur barədə səfər iştirakçılarını məlumatlandırıb.

O, qeyd edib ki, Ağdam şəhərinin ümumi sahəsi 1 750 hektar olacaq, şəhərətrafı bağların sahəsi isə 2 450 hektar təşkil edəcək. 

Prezidentin xüsusi nümayəndəsi qonaqları Ağdamda inşa ediləcək yeni məscid nümünələri ilə də tanış edib.

Nümayəndə heyətinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələri daxildir.
 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO