Azərbaycan Zəngəzurda polis postu qurub. Şahverdilər kəndinə yaxın ərazidə qurulan məntəqə buradan keçən erməniləri şoka salıb. Üstündə gerbimiz, dövlət atributlarımız olan postdan xofa düşən ermənilər “türklər gəlir, artıq təkcə əsgərlər deyil, polislər də bizə nəzarət edəcək”- deyə, hay-küy salıblar.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Zəngəzurun qubernatoru Melikset Poqosyan NEWS.am-a açıqlamasında deyib.
O, sosial şəbəkələrdə yayılan Qorus - Qafan yolunun kəsişməsində azərbaycanlıların polis postunun qurulduğunu əks etdirən fotolara münasibət bildirib və panikaya düşən erməniləri sakitləşdirməyə çalışıb:
MÖVZU İLƏ BAĞLI:
"Şahverdilərdə bir məntəqə var. Bu post Azərbaycanın ərazisində Şahverdilərdən bir qədər aralıda, Qorus - Qafana gedən yolda yerləşir.
Bu əraziyə Rusiya və Azərbaycan sərhədçiləri nəzarət edir. Mən məsələyə yerində baxış keçirdim və gördüm ki, bu, onların hissəsidir.
Məntəqə əvvəldən var idi, polis postu isə bu yaxınlarda əlavə edilib. Narahat olmayın, orada heç bir təhlükə yoxdur, rus sülhməramlılarının nəzarətindədir“.
Vüsalə Balayeva, Bizim.Media