YAP rayon təşkilat sədrliyindən çıxarılan deputatdan ÖZƏL AÇIQLAMA 

YAP rayon təşkilat sədrliyindən çıxarılan deputatdan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: YAP rayon təşkilat sədrliyindən çıxarılan deputatdan ÖZƏL AÇIQLAMA 

36398

Xəbər verildiyi kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib. Rayon təşkilatının sədrliyi vəzifəsindən azad edilənlərdən biri də Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynovdur. 

Aydın Hüseynov rayon təşkilat sədrliyindn kənarlaşdırılması ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşüb.

O, rayon təşkilatları ilə bağlı dəyişikliklərin Yeni Azərbaycan Partiyasının qurultayında və nizamnaməsində əks olunduğunu xatırladıb:

 

“Partiyanın rayon təşkilatlarının sədrləri bu vəzifədə əsas iş yerləri kimi çalışmalıdırlar. Mən həm də YAP-ın Nəzarət Təftiş Komissiyasının üzvüyəm. Nizamnaməyə görə partiyada iki vəzifə daşımaq olmaz və bu qərarı düzgün hesab edirəm.


Bu baxımdan partiyanın nizamnaməsindən irəli gələn bütün məsələlərə riayət etməliyik, tələbləri yerinə yetirməliyik. Ümumilikdə YAP-da yeniləşmə gedir və bütövlükdə ölkənin siyasi sistemində yeni üfüqlər açılır.

 

Artıq sözün əsl mənasında qarşıda daha böyük perspektivli və önəmli vəziflər dayanır. YAP da bu siyasi sistemdə öncül bir partiyadır və üzərinə böyük missiya düşür”.


 Aydın Hüseynov Qaradağ rayon təşkilat sədrliyinə təyin olunan Qafar Əliyevin təcrübəli şəxs olduğunu da vurğulayıb:

 

“YAP-ın yaranmasında və təşkilatlanmasında, elədə də Prezident Administrasiyasında böyük təcrübəsi olan bir şəxsdir. Başlıca məqsədimiz partiyanın nailiyyətlərinin artmasıdır”.

 

Ramiz Göyüşovun məlum videosundan dərhal sonra YAP tərkibinin yenilənməsi məsələsinə gəlincə, deputat partiyadakı dəyişikliklərin həmin hadisə ilə heç bir əlaqəsi olmadığını qeyd edib:

“Partiyanın qurultayından sonra rayon təşkilatlarının konfransları planlaşdırılmışdı. Bu konfranslar respublika üzrə dünən yekunlaşdı, bu gün isə İdarə Heyəti müvafiq qərarlar verir. Bunun hər hansı proseslə əlaqəsi yoxdur və əvvəlcədən nəzərdə tutulmuş prosedur idi”.



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO