Kosobokovun İrəvan səfərinin gizlinləri – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH

Kosobokovun İrəvan səfərinin gizlinləri – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH

Hazırda oxunan: Kosobokovun İrəvan səfərinin gizlinləri – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH

36387

Rüstəm Muradovun Qarabağda sülhməramlı kontingentinin komandiri missiyasını başa vurmasının ardında bu vəzifə Mixail Kosobokova keçib. Rusiyanın bölgədə sülhü təmin etmək üçün göndərdiyi yeni nümayəndəsi isə, hələ fəaliyyətinə start verməmiş öz mövqeyini yavaş-yavaş ortaya qoymağa başlayıb. 

Belə ki, daha əvvəl də Gürcüstan ərzasisində separatçılarla birgə çalışma təcrübəsi olan Kosobokov Cənubi Qafqaz macərasına İrəvana səfər etməklə başlayıb. 

Bu isə, təbii ki, birmənalı qarşılanmayıb. Ona görə ki, faktiki olaraq Azərbaycan ərazisində fəaliyyət göstəcək generalın əgər hər hansı rəsmi səfər planı var idisə, bu ilk növbədə Bakıya olmalı idi. Lakin Kosobokov birbaşa olaraq Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatları kənara ataraq, başa çatmış münaqişənin keçmiş tərəfi olan Ermənistana üz tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Muradovun yerinə gətirilən yeni komandir kimdir? – DOSYE


Belə olan, halda isə Kosobokov özü ilə birgə bəzi sualları da bərabərində gətirib.

Rusiyanın Qarabağ üçün yeni planı nədir?

Bu sualı özəl olaraq Bizim.Media üçün cavablandıran politoloq Qabil Hüseynli əvvəlcə Kosobokovun təyinatının xoşagəlməz olduğunu qeyd edib:

“Rusiya sülhməramlı kontingentinin yeni komandiri kimi Mixail Kosobokovun seçilməsi heç də xoşagələn hal deyil. Çünki o, karyerasının bir hissəsini separatçı qüvvələrlə əməkdaşlıqda keçirib. Eyni zamanda Kosobokov millətçi baxışları ilə də seçilir. Siyasi prosedura gəlincə isə, sülhməramlıların yeni başçısı ilk olaraq Azərbaycan rəsmiləri ilə görüşməli idi. Amma o, Bakı görüşünü gündəliyə salmaq əvəzinə, Ermənistanın müdafiə naziri ilə görüşdü”.

Politoloq Kosobokovun İrəvan səfərinin Rusiyanın son dönəmlərdəki regional siyasəti ilə müəyyən ziddiyyət təşkil etdiyini də vurğulayıb:

“Kosobokovun bu addımı, Rusiyanın son dönəmlər bölgədə yeritdiyi siyasətlə üst-üstə düşməyən bir haldır. Xatırladaq ki, Rüstəm Muradov vəzifəyə gələrkən Ermənistan rəsmiləri ilə görüşməmişdi. Ümumiyyətlə, belə bir görüşə xüsusi ehtiyac da yox idi.

Belə görünür ki, Rusiya hal-hazırda bölgədə balanslaşdırma siyasəti adı altında faktiki olaraq, Ermənistanın və Qarabağın ermənilər yaşayan hissəsindəki separatçıların müdafiə edilməsi xəttini götürüb.
 

Əvvəllər, Moskva bu siyasətini üstüörtülü şəkildə həyata keçirirdisə, indi sözügedən mövqe açıq şəkildə ortaya qoyulmağa başlanılıb. Bu isə Azərbaycanın suverenliyinə hörmətsizlik deməkdir. Belə görünür ki, bu xətt generalın gələcək fəaliyyətində də özünü büruzə verə bilər”.


Rusiyanın mövqeyini bəlli etməsinə qarşı Azərbaycanın da kartlarını açıq şəkildə oynamasının vacibliyinə toxunan Qabil Hüseynli Türkiyənin bölgədə artan rolunu və Laçında davam edən birgə təlimləri isə Moskvaya ciddi xəbərdarlıq kimi qiymətləndirib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO