Güldürüb düşündürən “Şnobel mükafatı”nın 3 qalibi AÇIQLANDI  

Güldürüb düşündürən “Şnobel mükafatı”nın 3 qalibi AÇIQLANDI  

Hazırda oxunan: Güldürüb düşündürən “Şnobel mükafatı”nın 3 qalibi AÇIQLANDI  

36331

Ən absurd elmi nailiyyətlər və qeyri-standart ideyalara görə verilən “Şnobel mükafatı”nın 3 qalibi bəlli olub.

Bizim.Media-nın məlumatına görə, Harvard Üniversitetində təşkil olunan mərasim koronavirus pandemiyası səbəbilə onlayn keçirilib. 

Birinci mükafatı saqqalın üz zərbələrindən qoruduğunu təcrübə yolu ilə sübut edən alim alıb.
 

Tibb sahəsində “Şnobel mükafatı” orqazmın burun tıxanıqlığı üçün spreylər kimi təsirli olduğunu sübut edən tədqiqatçılara verilib.


İqtisadiyyat sahəsində mükafat isə məmurların piylənmə dərəcəsinin ölkədəki korrupsiya səviyyəsi ilə əlaqəli olduğunu sübut edən elm adamları tərəfindən qazanılıb.

Xatırladaq ki, “Şnobel mükafatı” anti Nobel (İq Nobel) kimi 1991-ci ildən bəri, hər il elmi araşdırmalarda on qeyri-adi və ya əhəmiyyətsiz müvəffəqiyyəti qeyd etmək üçün verilən bir satirik mükafatdır, məqsədi "əvvəl insanları güldürən, sonra da düşündürən nailiyyətləri təqdir etməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO