Metronun “Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. Bununla əlaqədar olaraq "Ulduz" stansiyasında, təlumat tələbinə uyğun olaraq, sərnişinlər düşürdülüb.
Bizim.Media-ya bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Metroda neçə köhnə QATAR qalıb? – ÖZƏL
Onun sözlərinə görə qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub.
Alçina Amilqızı, Bizim.Media