“Windows 11” ilə “Windows 10” arasında hansı fərqlər var? – “Microsoft”-dan AÇIQLAMA 

“Windows 11” ilə “Windows 10” arasında hansı fərqlər var? – “Microsoft”-dan AÇIQLAMA 

Hazırda oxunan: “Windows 11” ilə “Windows 10” arasında hansı fərqlər var? – “Microsoft”-dan AÇIQLAMA 

36289

“Microsoft” şirkəti yeni məhsulu olan “Windows 11” ilə “Windows 10” arasındakı fərqləri ictimaiyyətə açıqlayıb. 

Bizim.Media xəbər verir ki, optimallaşdırmalar sayəsində “Windows 11” üçün yeniləmələrin çəkisi azalıb. 

Şirkətin vitse-prezidenti Steve Dispensa, korporasiyanın mühəndislərinin yaddaş idarəçiliyinə diqqət yetirərək əməliyyat sistemini optimallaşdırmaq üçün böyük işlər gördüklərini də qeyd edib. 

Həm də yeni mühərrik mexanizmi sayəsində əməliyyat sistemi istifadəçinin hərəkətlərinə köhnəsindən daha sürətli reaksiya verir.

Bundan əlavə, daha yaxşı yaddaş idarəçiliyi üçün hardware komponentlərini optimallaşdırılıb. 

Şirkətin vitse-prezidenti yeni nəsil “Windows”un prossesor və yaddaş ehtiyatlarına da 32-37% həcmində qənaət etdiyini sözlərinə əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO