Paşinyan hansı təlimatı alıb? – Deputatdan danışıqların GİZLİ MƏQAMLARI

Paşinyan hansı təlimatı alıb? – Deputatdan danışıqların GİZLİ MƏQAMLARI

Hazırda oxunan: Paşinyan hansı təlimatı alıb? – Deputatdan danışıqların GİZLİ MƏQAMLARI

36287

Ermənistan Azərbaycan sərhədində baş verən hadisələr Nikol Paşinyanın qeyri-adekvat bir fərd olduğunu bir daha sübut edir. Sərhəddə mütəmadi olaraq törədilən təxribatların fonunda Ermənistanın baş naziri nikol Paşinyanın da münaqişəni dünyaya bitməmiş kimi təqdim etməsi ilə davam edir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan hər zaman olduğu kimi özünün paradaksal mövqeləri ilə diqqəti cəlb etmək istəyir.

“O, 2018-ci ilin yazında hakimiyyətə gələndə bildirdi ki, münaqişəni sülh yolu ilə həll etməyə hazırdır, lakin sonra “Qarabağ Ermənistandır” deyə elan verdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanla sülh prosesini bərpa etmək əzmindəyik” - Nikol Paşinyan


Paşinyan bu gün də köhnə ampluasında qalmaqdadır. O, sülh sazişini imzalamağa hazır olduğunu desə də, qəsdən vəziyyəti gərginləşdirəcək addımlar atır”.

Paşinyanın münaqişənin hələ də davam etdiyini dünyaya göstərmək istədiyini deyən deputat qeyd edib ki, ermənilər məsələnin tənzimlənməsinin müzakirəsini ATƏT-in Minsk qrupunun formatına qaytarılmasına nail olmaq istəyirlər.

Siyasi analitik həmçinin qeyd edib ki, ortada Paşinyanın birgə bəyanata atdığı imzası var və bu şərtlərə mütləq şəkildə əməl olunmalıdır. 

“Paşinyan bəyanatın əhəmiyyətini heçə endirmək istəyir. O, başa düşür ki, bununla Rusiyanın da nüfuzuna xələl gətirir. Ermənistan birgə bəyanat onun xilas yolu olduğunu qavraya bilmir. Çünki o imzalanmasa idi, ordumuz Ermənistanı darmadağın edəcəkdi.

Bu səbəbdən də Paşinyan imzaladığı kapitulasiya sənədindən canını qurtarmaq istəyir və bu işdə tək ümid yeri ABŞ və Fransayadır.

ABŞ və Fransanın istəkləri də Ermənistanla üst-üstə düşür. Çünki onlar da Ermənistan kimi ATƏT-in Mİnsk qrupunu işə salmaq istəyirlər. Çünki bu ölkələr Qarabağ münaqişəsinin rusların əli ilə həll olunmasını hələ də həzm edə bilmirlər.

Görünən reallıq ondan ibarətdir ki, Ermənistan hələ də ABŞ  və Fransanın əlində alət rolunda çıxış etməkdədir”.
 

Deputat deyib ki, Ermənistan hakimiyyəti az da olsa xalqın rifahını düşünsə idi, zaman itirmədən Azərbaycanla sülh sazişi imzalayardı və sərhədlərin delimitasiya və demarkasiyası prosesinə mane olmazdı. 


“Paşinyan aldığı təlimatlara uyğun çox vektorlu oyun qurmağa çalışır. Amma hər zaman olduğu kimi onun hesablamaları olduqca yanlışdır.

Yəni Azərbaycan leqal əsaslarla Ermənistanın təxribatlarının qarşısını almaq üçün anti-terror əməliyyatlarına başlaya bilər. BMT nizamnaməsinin 51-ci maddəsinə görə Azərbaycan bu hüquqi özündə saxlayır.

Ermənistan unutmamalıdır ki, Azərbaycanın təxribatlara qarşı atacaqları addımlar çoxdan hazırdır”.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO