SON DƏQİQƏ: Ermənistan Türkiyə ilə danışıqlar aparır

SON DƏQİQƏ: Ermənistan Türkiyə ilə danışıqlar aparır

Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistan Türkiyə ilə danışıqlar aparır

36273

“Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır”. 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu “Ermənistan” hava şirkətinin direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 6 il Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub:

“Sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik və rədd cavabı aldıq. Hazırda biz Türkiyə səması ilə uçuşlar həyata keçirmirik. Ancaq bu istiqamətdə danışıqlar aparırıq və irəliləyişlər var”. 


Xaçatryan məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

Məlumata görə, 2020-ci il sentyabrın 9-dan Türkiyə Ermənistanda qeydiyyatdan keçən təyyarələr üçün öz hava məkanını bağlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO