Regional əməkdaşlıqda “Türk” kartına qarşı “Gürcü” kartı – Paşinyanın YENİ PLANI

Regional əməkdaşlıqda “Türk” kartına qarşı “Gürcü” kartı – Paşinyanın YENİ PLANI

Hazırda oxunan: Regional əməkdaşlıqda “Türk” kartına qarşı “Gürcü” kartı – Paşinyanın YENİ PLANI

36253

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Gürcüstana səfər edib. İki gün davam edəcək səfər çərçivəsində Paşinyan ilk olaraq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü baş tutub.

Baş nazirin sabah Gürcüstan prezidenti Salome Zurabaşvili ilə görüşəcəyi planlaşdırılır. 

Paşinyanın Gürcüstan səfəri ikitərəfli münasibətlərdən daha çox öz regional əhəmiyyəti ilə fərqlənir. Ermənistan xüsusilə son həftələrdə Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində müsbət mesajlar verib.

Bu mesajlar Ermənistanın regionda davamlı sülhün əldə olunmasında istəkli olduğunu nümayiş etdirir. Lakin unutmamaq lazımdır ki, Ermənistanı buna vadar edən əsas səbəb Türkiyə ilə sərhədlərin açılmasına olan ehtiyacdır. Bununla parallel olaraq Gürcüstanın proseslərə daxil edilməsi də Ermənistanın yeni planların hazırlığı içərisində odluğunu göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanla sülh prosesini bərpa etmək əzmindəyik” - Nikol Paşinyan


Ermənistan sülh müzakirələrinin fonunda öz əlini gücləndirməyə çalışır. Gürcüstan bölgədə sülh quruculuğu prosesinə daxil olması Ermənistanın maraqlarına daha çox xidmət edir. Ermənistan rəhbərliyi başa düşür ki, Türkiyə regional sülh və əməkdaşlıq məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir.

Türkiyənin təklifi ilə regionda sülh platformasının qurulması daha çox Azərbaycanın maraqlarına uyğun olacaq, nəinki Ermənistanın.

Gürcüstanla əlaqələrin inkişafı və reginda sülh quruculuğu prosesinə Gürcüstanın daxil edilməsi isə Türkiyənin oxşar təklifini balanslaşdıra bilər. Bu məqsədlə Ermənistan rəhbərliyi Gürcüstanı regional əməkdaşlıqda Türkiyəyə alternativ kimi dəyərləndirməyə çalışır.
 

Ermənistan “Zəngəzur dəhlizi” məsələsinin Gürcüstan üçün əhəmiyyətini anlayır və bundan Gürcüstanı öz maraqlarına uyğun prosesə daxil etmək üçün istifadə etməyə çalışır. Gürcüstanın ilk gündən etibarən Türkiyə və Azərbaycan arasında alternativ dəhlizin açılmasından narahatdır.


“Zəngəzur dəhlizinin” açılması Gürcüstanın logistik dəhliz rolunu önəmli ölçüdə azaldacaq. Bu isə Gürcüstanın maraqların uyğun deyil.

Ermənistan rəhbərliyi Gürcüstanın oxşar qayığılarından xəbərdardır və öz maraqlarını reallaşdırmaq üçün bu qayğılardan istifadə etməyə cəhd göstərir. Ermənistan Türkiyəyə alternativ olaraq Gürcüstanın regional sülh prosesində təmsil olunmasını istəyir. Çünki Türkiyənin planından fərqli olaraq Gürcüstanın təklif edəcəyi planda “Zəngəzur dəhlizi” yer alması şansı çox azdır.

Ermənistan rəhbərliyi Azərbaycanla imzalanması zəruri olan sülh müqaviləsini gecikdirməyə çalışır. Gürcüstanı isə dünya bazarına çıxış üçün alternativ yol kimi görür. Türkiyə ilə sərhədlər bağlı olduğu üçün Ermənistan iqtisadiyyatı son aylarda daha çox İran vasitəsilə zəruri ehtiyaclarını təmin edirdi.
 

Lakin Qafan-Gorus yolunda baş verən insident Azərbaycanın Ermənistan iqtisadiyyatının əsas arteriyasına təsir gücünü göstərdi. Ermənistan başa düşür ki, İran yolu ölkənin iqtisadi təhlükəsizliyini təmin etməyə qadir deyil.


Əgər alternativ çıxış təmin olunmazsa, Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün Azərbaycanın lehinə sülh təklifi ilə razılaşmağa məcbur olacaq. 

Ermənistanın məqsədi Cənubi Qafqazda münaqişə mühitinin sona çatması və davamlı sülhün əldə olunması deyil. Əksinə əgər belə bir sülh olacaqsa, bunun Ermənistanın marqlarına cavab verəcək şəkildə olmasıdır.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO