“Qarabağ” yenə “Sivasspor”a məğlub oldu

“Qarabağ” yenə “Sivasspor”a məğlub oldu

Hazırda oxunan: “Qarabağ” yenə “Sivasspor”a məğlub oldu

3620

"Qarabağ” klubu UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turu çərçivəsində Türkiyənin “Sivasspor” komandası ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edib.

Qurban Qurbanovun komandası iki dəfə hesabda önə çıxsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Sivasspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla “Qarabağ” qrupdan çıxmaq şansını itirib.

Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda Türkiyə təmsilçisi 2:0 hesablı qələbə qazanıb. İdiyədək xal toplaya bilməyən Azərbaycan çempionu qrupda sonuncu yerdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO