Ermənistanda ölüm göstəricisi ARTDI

Ermənistanda ölüm göstəricisi ARTDI

Hazırda oxunan: Ermənistanda ölüm göstəricisi ARTDI

36143

Ermənistanda təbii artım göstəricisi rekord həddə enib, üstəlik, son 3 ildə ən aşağı göstəricidir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu ilin yeddi ayında təbii artım 1252 nəfər təşkil edib, halbuki keçən ilin eyni dövründə bu, 2299, 2019-cu ildə 3579, 2018-ci ildə 4087 nəfər təşkil edib.

“Müqayisə etsək, görərik ki, 2021-ci ildən başlayaraq təbii artım göstəricisi azalıb: 2017-ci ildə təbii artım göstəricisi 6997 nəfər təşkil edib, halbuki 2016-cı ildə bu göstərici 9344, 2015-ci ildə 9666, 2014-cü ildə 10402, 2013-cü ildə 10198 və nəhayət 2012-ci ildə 10157 nəfər olub”, - deyə nəşr bildirib.

Qeyd olunub ki, Ermənistanda ölüm göstəricisi də artıb:

Bu ilin 7 ayında 18874 nəfər ölüb, halbuki keçən il ölüm göstəricisi 17136, 2019-cu ildə isə 15793 nəfər olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO