Leysan yağışlar nəticəsində üç çayda sel oldu – FAKTİKİ HAVA

Leysan yağışlar nəticəsində üç çayda sel oldu – FAKTİKİ HAVA

Hazırda oxunan: Leysan yağışlar nəticəsində üç çayda sel oldu – FAKTİKİ HAVA

36048

Sentyabrın 08-i saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub, yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29.0 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 %-i), Şəkidə 25.0 mm (aylıq normanın 37 %-i), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.
 

MÖVZU İLƏ BAĞLI:

Sabahın hava proqnozu AÇIQLANDI


Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s,

Bakıda və Abşeron yarımadasında:

Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çilov adası, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO