Azərbaycanda peyvəndi israf edən tibb bacısı CƏZALANDI

Azərbaycanda peyvəndi israf edən tibb bacısı CƏZALANDI

Hazırda oxunan: Azərbaycanda peyvəndi israf edən tibb bacısı CƏZALANDI

36044

Goranboy rayon Mərkəzi Xəstəxanasının əməkdaşının qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Goranboy Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı iyunun 24-də qeyd edilən xəstəxananın tibb bacısı Nabat Əliyeva tərəfindən peyvəndlənmə üçün müraciət etmiş rayon sakininə peyvənd etmək məqsədilə peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınıb və nəticədə dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

"TƏBİB-i hərləmirəm" - Tibb bacısı peyvənd vurdurmaq istəyənləri TƏHQİR ETDİ - VİDEO


Nabat Əliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. 

Goranboy rayon məhkəməsinin qərarı ilə Nabat Əliyevaya 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO