Koronalı payızda necə qidalanaq? – Mütəxəssisdən RESEPT

Koronalı payızda necə qidalanaq? – Mütəxəssisdən RESEPT

Hazırda oxunan: Koronalı payızda necə qidalanaq? – Mütəxəssisdən RESEPT

35997

Yay fəslindın payıza keçiddə soyuqların düşməsi ilə əlaqədar insan orqanizmində immun sistemi zəifləyir. Nəzərə alsaq ki, bu il yay ayları çox isti keçib orqanizmin bir fəsildən digərinə keçidi, istidən soyuğa düşməsi, bir növ onu çaş-baş salır. Bu da zəifləmiş orqanizmin müxtəlif viruslara yoluxmasını bir növ asanlaşdırır.

Ona görə orqanizmi bu və digər təhlükəli amillərdən qorumaq üçün mütləq şəkildə qidalanmamıza fikir verməliyik.

Qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, payız aylarında çalışmalıyıq ki, rasionumuza daxil etdiyimiz qidalar vitamin və miktroelementlərlə zəngin olsun. 

“Mütləq şəkildə gündə 3 dəfə qidalanmalıyıq. Burada isə əsas rol səhər yeməynin üzərinə düşür. Səhər yeməyində zülal tərkibli qidalara məsələn yumurta, pendir, kəsmik, süd, kefir üstünlük verməliyik.
 

MÖVZU İLƏ BAĞLI:

Ərzaq təhlükəsizliyi qaydaları sərtləşdirilir – Hansı CƏZALAR OLACAQ? 


Bundan başqa zülalı çeşidli karbohidratlar və tərəvəzlərlə zənginləşdirməliyik.  Zülal kimi həftədə 2 dəfə balıq, 2 dəfə toyuq və 2 dəfə qırmızı ət ilə qidalanmaq daha yaxşı olardı. Ət orqanizmi dəmir ehtiyatı ilə təmin edir, ona görə qida rasionunda mütləq şəkildə bu qidanın yeri olmalıdır”.

Mütəxəssis  məsləhət görüb ki, meyvə-tərəvəz seçimində isə  çalışmalıyıq ki, onlar rəngarəngliyi ilə seçilsinlər. 

“Bu zaman meyvə-tərəvəzlər yerli və mövsümü olmalıdır. Bu meyvələrdən portağal, naringi, mandarin, heyva, nar və almadan istifadə edə bilərsiniz. Eyni zamanda göyərti və yaşıl tərəvəzlər immun sistemimizi güclü edir.
 

Antioksidant tərkibli göyərtilərə də keşniş, reyhan, ispanaq geniş yer vermək azımdır. Tərəvəzlərdən kələm, kök, brokkoli payız rasionunun vazkeçilməzləridir. İspanaqda xüsusilə qırmızımtıl köklərinə üstünlük vermək lazımdır. Çünki onlar orqanizmi dəmir, maqneziumla  və dəmirlə təmin edir”.


M.Hüseynova həmçinin bildirib ki, yeməkləri daha çox buxarda və sobada hazırlamağa üstünlük vermək lazımdır. Bu zaman qidalar zəngin tərkiblərini itirmirlər.

Mütəxəssis qidalanma ilə yanaşı payızda insan əhval-ruhiyyəsinin yaxşı olmasının önəmindən də danışıb.

“Çünki payızda insanlar daha çox depresiyaya meyilli olurlar. Buna səbəb isə insan orqanizmdə bu mövsümdə xoşbəxtlik hormonu sayılan serotonin azalır.

Bu hormonu orqanizmdə yüksəltmək üçün qoz, fındıq, badam, banan və püstəni gündəlik rasionumuza daxil etməliyik.

Həmçinin gecə yuxu rejimini normada saxlamalıyıq, çünki insan yuxuya gedəndən sonra orqanizmində gecə 11.00-01.00 arasında serotonin harmonu ifraz olunur”.
 

Mütəxəssis həmçinin günboyu orqanizmə lazım olan maye qəbulunun vacibliyini də vurğulayıb. O, qeyd edib ki, su1 kiloqram bədən kütləsinə görə 30 milliqram hesablanır ki, mütləq şəkildə gün ərzində bu maye qəbul olunmalıdır. Hətta adi su içə bilməyənlərə suyu sevdikləri meyvələrlə dadlandırmağı da təklif edib. 


M. Hüseynova soyuq aylarda həmçinin C vitamini ilə zəngin olan qidalara üstünlük verməli olduğumuzu da deyib.

“Kivi, yaşıl bibər, tropik meyvələr və pomidor insan orqanizminə yetərli C vitamini ilə təmin edə bilər. Ancaq unutmamalıyıq ki,  pomidor, bibər və ya göyərtilər bişmiş halda bütün lazimi tərkibini itirir, ona görə bu qidaları çiy yemək daha xeyirlidir”.

Sonda o, qeyd edib ki, soyuq aylarda orqanizmi həmçinin fiziki aktivlik də qoruyur. Ona görə hər səhər 15-20 dəqiqə idman etmək orqanizmi gün ərzində gümrah saxlmağa kömək edəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO