Azərbaycanda professor dünyasını dəyişdi - FOTO

Azərbaycanda professor dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: Azərbaycanda professor dünyasını dəyişdi - FOTO

35855

AMEA-nın həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov vəfat edib.

Bizim.Media xəbər verir ki, alim 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib.

Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO