Erməni siyasətçi: “Paşinyan Zəngəzuru veririk deyəcək”

Erməni siyasətçi: “Paşinyan Zəngəzuru veririk deyəcək”

Hazırda oxunan: Erməni siyasətçi: “Paşinyan Zəngəzuru veririk deyəcək”

3585

Ermənistanın Xalq partiyasının rəsmi təmsilçisi Eduard Şarmazanov diqqətçəkən çıxışı ilə gündəmə gəlib.

Bizim.Media Türkiyənin “Yeni Şafak” qəzetinə istinadla verdiyi xəbərə görə ki, erməni siyasətçi deyib ki, Paşinyan təkrar masaya oturarsa Zəngəzur da əldən gedəcək.

Eduard Şarmazanov Dağlıq Qarabağa dəyən zərərə görə 50 milyard dollarlıq təzminat tələbinin aktuallaşacağını söyləyib:

“Paşinyan yenidən görüşlərə gedəcək və Zəngəzuru sizə veririk, çünki bizim 50 milyard dollarımız yoxdur deyəcək”.

E.Şarmazanov bildirib ki, ağır iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistan bu rəqəmi ödəyə bilməyəcəyi halda əvəzində torpaq vermək zorunda qalacaq.

Partiya rəsmisi deyib ki, 44 günlük müharibədə hökumət xalqı aldatdı, yalanlarla sadə və kasıb insanların başını qatdı:

“Paşinyan artıq Əliyevə heç bir şey söyləmək iqtidarında deyil, çünki bunu edəcək cəsarəti yoxdur. Beynəlxalq məhkəmələr indidən Ermənistanın Azərbaycana ödəyəcəyi 50 milyard dollardan bəhs edirlər”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO