Rusiya Talibanı tanıyacaq? – Lavrov Kremlin şərtlərini açıqladı

Rusiya Talibanı tanıyacaq? – Lavrov Kremlin şərtlərini açıqladı

Hazırda oxunan: Rusiya Talibanı tanıyacaq? – Lavrov Kremlin şərtlərini açıqladı

35835

"Biz, Taliban və ölkədəki bütün etnik qruplar daxil olmaqla, Əfqanıstan cəmiyyətinin bütün spektrini əks etdirəcək bir hökumət qurma prosesini dəstəkləmək istəyirik" 

Bizim.Media “RBC”ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.  

Rus nazirin sözlərinə görə, Əfqanıstanda yeni kabinetə ölkədəki sayca çoxluq təşkil edən bütün xalqların nümayəndələri daxil edilməlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Taliban”ın 600 silahlısı MƏHV EDİLDİ - FOTO


"Yalnız belə bir əhatəli hökumət Əfqanıstanda sabitliyi təmin edə bilər. Bu şərtlərə əməl olunarsa, Rusiya nümayəndələri digər dəvət olunmuş ölkələrlə birlikdə belə bir mərasimdə məmnuniyyətlə iştirak edəcəklər ”, - deyə Rusiya XİN rəhbəri bildirib. 

Qeyd edək ki, sentyabrın 6-da Taliban rəsmiləri Rusiya da daxil olmaqla bir sıra ölkələrin nümayəndələrini Əfqanıstan hökumətinin tərkibinin elan ediləcəyi mərasimə dəvət edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO