Azərbaycanda kişi arvadını küçədə öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda kişi arvadını küçədə öldürdü - TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycanda kişi arvadını küçədə öldürdü - TƏFƏRRÜAT

35780

Bərdə rayonunda kişi parkda arvadını öldürüb.

Hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
 

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib.


Həmin zaman qızın qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmaq üçün vaxt verməsini istəyib. Cütlük kənara çəkildikdən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO