On yaşından futbol oynayan, “Tanrının əli”, narkotik aludəçisi - MARADONA

On yaşından futbol oynayan, “Tanrının əli”, narkotik aludəçisi - MARADONA

Hazırda oxunan: On yaşından futbol oynayan, “Tanrının əli”, narkotik aludəçisi - MARADONA

3577

Xəbər verdiyimiz kimi ötən gün dünyanın məşhur futbolçusu Dieqo Maradona 60 yaşında vəfat edib. Bu gün onunla Prezident Sarayında vida mərasimi düzənlənəcək.

Bizim.Media argentinalı futbolçu haqqında yazını təqdim edir.

Maradona kimdir?

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Onun futbol həyatı 10 yaşında başlayıb. Dieqo Armando Maradona, yarımmüdafiəçi mövqeyində oynayan və dünya futbol tarixində indiyədək ən yaxşı futbolçu adını qazanan idmançıdır.

Klub komandalarında oynadığı müddətdə o, 590 oyunda 308 qol vurub. O, dəfələrlə “Napoli” futbol klubunu çempion edib və və hər zaman azarkeşləri tərəfindən əfsanə kimi xatırlanıb.

1994-cü ildə ABŞ-da keçirilən Dünya Kubokunda dopinq istifadə etdiyi ortaya çıxdıqda futbol həyatına son verib. Bu hadisədən sonra Maradona narkomaniya ilə mübarizəyə başlayıb. 1986 Dünya Kuboku zamanı İngiltərəyə qarşı matçda əl ilə vurduğu qol üçün "O əl Tanrının əli idi" şərhi çox müzakirə olunub.

Eyni matçda qapıçı da daxil olmaqla 8 futbolçunun üzərindən atdığı qol “Əsrin Qolu”seçilib.

“Boca Juniors” klubunda birlikdə oynadıqları “Külək oğlu” ləqəbli Caniqqia ilə atdıqları qoldan sonra dodaq - dodağa öpüşmələri böyük qalmaqalla qarşılanmışdı. Caniqqianın həyat yoldaşı bir açıqlamasında "Bəzən Maradonanın həyat yoldaşımla aşiq olduqlarını düşünürəm”deyə bildirib.

Argentina Milli Komandasında 91 dəfə oynayan Maradona bu görüşlərdə 34 qol vurub. Norkamaniyaya qalib gələ bilməyən Maradonaya 15 ay futbol oynamaq qadağan edilir. Daha sonra onunla İspaniyanın “Real Madrid” və Fransanın “Olympik Marsel” klublarının maraqlanmasına baxmayaraq, Maradona “Sevilya” klubunu seçir və bir il orada forma geyinir.

1993-cü ildə isə “Newell's Old Boys” klubuna  transfer olunur. O, bir müddət sonra 1995-ci ildə yenidən “Boca Juniors”a qayıdır və iki il orada oynayır. Maradona, Boca Juniors pərəstişkarları üçün bir əfsanə halına çevrilir və klubun stadionun girişində onun adını əbədiləşdirən lövhə vurulur. Lövhədə İspan dilində “Dinim Boca, tanrım Maradona, məbədim La Bomboneradır” (Boca es mi din, Maradona es mi dios, la Bombonera es mi iglesia) yazılıb.

Futbolu tərk etdikdən sonra o, 1994-cü ildə Argentinanın “Mandiyú de Corrientes” və 1995-ci ildə “Racing Club de Avellaneda” klublarında məşqçilik fəaliyyəti ilə məşğul olub. Məşqçiliyə bir müddət ara verən Maradona, 2008-ci ildə Argentina Milli Komandasının məşqçisi təyin edilir. Əfsanəvi futbolçu komandasının ilk sınaq oyununda Şotlandiyaya qarşı çıxış edir.

Maradonanın qazandığı uğurlar

FIFA Dünya Kuboku çempionatı 1978 Argentina

FIFA Dünya Kuboku çempionatı 1986 Argentina

FIFA Dünya Kuboku 2-ci yer 1990 Argentina

“Artemio Franchi” kubokunun qalibi 1993 Artemio Franchi Kuboku

İtaliya Seria A Çempionatı

1987 “Napoli” 1990 Napoli

İtaliya Kuboku Çempionatı 1987 Napoli

UEFA Kuboku Çempionatı 1989 Napoli

İtaliya Super Kuboku Çempionatı 1991 Napoli

Məşqçilik karyerası

1994 Textil Mandiyu

1995 Racing Avellaneda

2008-2010 Argentina

2011-2012 Əl-Vasl

2017 Fyuceyra

O, 2020-ci il 25 noyabrda 60 yaşında qəfil ürək tutması nəticəsində vəfat edib.

Vüsalə Balayeva, Bizim.Media

 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO