Pol Qobldan Füzuli hava limanının açılışı haqda AÇIQLAMA

Pol Qobldan Füzuli hava limanının açılışı haqda AÇIQLAMA

Hazırda oxunan: Pol Qobldan Füzuli hava limanının açılışı haqda AÇIQLAMA

0:00
0:00
35711

“Füzuli beynəlxalq hava limanının açılışı bütün regionu birləşdirəcək”.

Bizim.Media xəbər verir ki, bunu “report”a ABŞ-dan olan analitik, yazıçı və icmalçı Pol Qobl bildirib.
 

MÖVZU İLƏ BAĞLI

Füzuli aeroportunun layihə meneceri: “İşçiləri tələsdirməyə ehtiyac belə qalmadı” – VİDEO 


O deyib ki, nəqliyyat əlaqələrinin həyata keçirilməsi bu rayonu Azərbaycana yenidən inteqrasiya etməyə imkan verəcək.

Onun sözlərinə görə, ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi vaxtla bağlıdır:

“Bu, ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”.Analitik vurğulayıb ki, bu, rəsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir.


Xatırladaq ki, sentyabrın 5-də Füzuli hava limanına ilk təyyarə uçuşu baş tutub. Bakı-Füzuli reysi üzrə uçuş müddəti 35 dəqiqədir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO