Füzuli hava limanında DSX-nin bölməsi olacaq - RƏSMİ

Füzuli hava limanında DSX-nin bölməsi olacaq - RƏSMİ

Hazırda oxunan: Füzuli hava limanında DSX-nin bölməsi olacaq - RƏSMİ

35634

"Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə müxtəlif təyinatlı hərbi və digər strateji infrastrukturun yaradılmasına başlanılıb və hazırda bu işlər davam etdirilməkdədir".

Bizim.Media xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi, polkovnik-leytenant Rəşad Məşədiyev deyib.

"Bu gün biz bu işlər çərçivəsində inşa olunan, Müzəffər Ali Baş Komandanımızın Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Hava Limanındayıq.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ" təyyarəsi Füzuliyə eniş etdi - FOTO/VİDEO


Burada digər xidmətlərlə yanaşı, Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək.

Hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan Sərhəd Nəzarəti bölməsinin müvafiq texniki vasitələr və peşəkar heyətlə komplekləşdirilməsi üzrə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri işlər görülür.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək dövlət sərhədlərimizin bütövlüyünü təmin edən və hazırda sərhədlərimizin keşiyini çəkən Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO