Haaqada

Haaqada "Səfirliklər Festivalı"ndakı Azərbaycan stendi diqqət mərkəzində - FOTO

Hazırda oxunan: Haaqada "Səfirliklər Festivalı"ndakı Azərbaycan stendi diqqət mərkəzində - FOTO

35611

Niderlandda 9-cu “Səfirliklər Festivalı”nın 2-ci günündə Haaqanın mərkəzi meydanında Azərbaycan səfirliyi də daxil olmaqla 20-dək səfirliyin stendi qurulub. 

Bizim.Media xəbər verir ki, stendlər vasitəsilə səfirliklər mədəniyyətlərini, milli mətbəxlərini və rəqslərini nümayiş etdiriblər. 
 

“Səfirliklər Festivalı”ında Azərbaycan səfirliyi iştirakı ilə diqqəti cəlb edib. Həmişə olduğu kimi, bu il də stendimiz festival iştirakçılarının və ziyarətçilərinin diqqət mərkəzində olub.


Stendimizdə milli geyimlərimiz, mətbəximizin təamları və Azərbaycan şərabları nümayiş olunub.

Azərbaycan mətbəxinin ləziz təamları ziyarətçilər tərəfindən maraqla qarşılanıb və sevilib. Xüsusilə də, tədbirə qatılan ölkələrin səfirləri stendimizi ziyarət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO