“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi KEÇİRİLDİ - FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi KEÇİRİLDİ - FOTO

0:00
0:00
35590

Rusiyanın paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir bu barədə Müdafiə Nazirliyindən məlumat vrilib.

Mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər. 
 

Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən "Mədəniyyət Ordusu" müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub. 


Tədbir atəşfəşanlıqla sona çatıb. 

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO