Azərbaycan seçmə mərhələdə ilk xalını QAZANDI  

Azərbaycan seçmə mərhələdə ilk xalını QAZANDI  

Hazırda oxunan: Azərbaycan seçmə mərhələdə ilk xalını QAZANDI  

35586

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi A qrupunda 4-cü matçına çıxıb.

Üç gün əvvəl səfərdə Lüksemburqa 1:2 hesabı ilə məğlub olan Canni de Byazinin yetirmələri bu dəfə İrlandiya ilə üz-üzə gəlib. Dublindəki matç autsayderlərin dueli sayılırdı. Çünki hər iki komanda buna qədər keçirdiyi üç oyunda uduzub.
 

Matça daha yaxşı başlayan millimiz üstün oyununun nəticəsi kimi, birinci hissədə hesabı açmağı bacarıb. Lüksemburqla görüşdə olduğu kimi, yenə Emin Mahmudov mükəmməl qola imza atıb.


Meydan sahibləri ikinci 45 dəqiqədə bütün komanda ilə irəli atılsa da, millimiz son dəqiqələrə qədər müqavimət göstərməyi bacarıb.

Lakin 87-ci dəqiqədə Şeyn Daffinin başla vurduğu top komandamızın ilk qələbəsinə və sonuncu pillədən qurtulmasına imkan verməyib. Yeganə təsəlli millimizin seçmə mərhələdə ilk xalını qazanması olub.

Millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO