“Fransa Senatının qərarı adi bir qərardır. Bu Fransa hökumətinin “Dağlıq Qarabağ respublikası”nı tanınması kimi qəbul edilməməlidir”.
Bizim.Media xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü, deputat Naira Zöhrabyan söyləyib. Deputat bildirib ki, Fransa senatının qərarı eyforiya yaradıb və cəmiyyəti həqiqətdən uzaqlaşdırır:
"Realist olmaq lazımdır. Cəmiyyətdə Fransa Senatının qərarı ilə bağlı eyforik fikirlər yayılır. Bu, belə deyil"
Zöhrabyan baş nazir Nikol Paşinyanın Fransa Senatının qərarını “tarixi addım” adlandırmasına da münasibət bildirib: “Paşinyan hakimiyyətə yalanla gəldiyi kimi, indi cəmiyyətin da başını qatmaqla ölkəni idarə edir, yalançı, pafos və emosiyalı siyasətini davam etdirir”.
Bizim.Media