Koronavirus ilk dəfə nə vaxt yayılıb? – ALİMLƏR AÇIQLADI

Koronavirus ilk dəfə nə vaxt yayılıb? – ALİMLƏR AÇIQLADI

Hazırda oxunan: Koronavirus ilk dəfə nə vaxt yayılıb? – ALİMLƏR AÇIQLADI

35519

Oksford Universitetinin virusoloqları SARS-CoV-2-ni də əhatə edən koronavirusların bir alt növü olan sarbekovirusların on minlərlə il əvvəl epidemiyalara səbəb olduğunu müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Current Biology" jurnalında məqalə dərc olunub.

Belə ki, SARS-CoV-2 və SARS-CoV-1-in 21 min il bundan əvvəl mövcud olduğu ortaya çıxıb ki, bu da əvvəlki təxminlərdən 30 dəfə çoxdur.

Həm də bu məlumatlar qədim insanların genom məlumatlarının analizinin nəticələrinə uyğundur - təxminən 21 min il əvvəl insanlar artıq koronavirus epidemiyasından əziyyət çəkirdilər.
 

Məqalə müəllifləri digər viruslardakı təkamül dəyişikliklərini yenidən müəyyən edə biləcəklərinə ümid edirlər.


Bununla yanaşı, hepatit C virusunun yarım milyon il əvvəl heyvanlar arasında yayıldığını və təxminən 150 min il əvvəl Afrikadan köç zamanı insanlar arasında yayıldığı müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO