Bu ölkədə koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq

Bu ölkədə koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq

Hazırda oxunan: Bu ölkədə koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq

35474

Bolqarıstanda əhali arasında peyvəndlənmə zəif aparılması ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq ediləcək.

Bizim.media xəbər verir ki, sentyabrın 7-dən oktyabrın 31-dək kinoteatrların, teatrların və konsert zallarının yalnız 50 faizi, fitnes mərkəzlərinin, idman zallarının və hovuzların isə yalnız 30 faizinin dolmasına icazə verilir.

Kafe və restoranların fəaliyyəti saat səhər 7-dən axşam 11-ə kimi məhdudlaşdırılacaq. Altı nəfərdən çox müştərinin bir masada oturmasına icazə verilmir.

İştirakçıların dəqiq sayı olmayan bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır. Sahibkarlara, şirkət rəhbərlərinə işçilərinin 50 faizinin onlayn rejimə keçirmək tövsiyə edilib.

Məktəblərdə və universitetlərdə dərslər vaxtında başlayacaq, ancaq qeyd olunur ki, hər an yeni məhdudiyyətlər tətbiq edilə bilər. Uşaq mərkəzləri və klublar müvəqqəti olaraq bağlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO