Diaspor Gənclərinin II Görüşü layihəsi keçiriləcək – FOTO

Diaspor Gənclərinin II Görüşü layihəsi keçiriləcək – FOTO

Hazırda oxunan: Diaspor Gənclərinin II Görüşü layihəsi keçiriləcək – FOTO

35384

Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə 24-27 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Ankara şəhərində Diaspor Gənclərinin II Görüşü layihəsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporunun pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyi birlik və həmrəyliyi qoruyub saxlamağa çalışmaq, döyüş meydanında qazandığımız qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirmək və yeni fəaliyyət proqramlarının icrasının müzakirəsi məqsədilə vahid platforma ətrafında yenidən bir araya gətiriləcəkdir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Yüksəliş” müsabiqəsinin qaliblərinə mükafat verildi - FOTO


Layihə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin otuzuncu il dönümü və xalqımızın şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin birinci il dönümünə həsr olunur.

Layihə çərçivəsində lobbi quruculuğu istiqamətində fəaliyyətimizin artırılması, azərbaycanlı gənclərin yaşadığı ölkələrdə uğur qazanmasına dəstək göstərilməsi, liderlərin yetişdirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, xarici media ilə əlaqələrin gücləndirilməsi və s. istiqamətli mövzuların ələ alındığı panellərin təşkil olunması nəzərdə tutulub.

18-30 yaş aralığında, xaricdə yaşayan fəal diaspor nümayəndələri layihədə iştirak etmək üçün 5 sentyabr 2021-ci il tarixədək //diaspora.foundation/qeydiyyat keçidi vasitəsilə qeydiyyatdan keçərək müraciətlərini ünvanlaya bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO