Dini mərasim keçirmək istəyən 10 nəfər cərimələndi - 2 nəfər həbs edildi

Dini mərasim keçirmək istəyən 10 nəfər cərimələndi - 2 nəfər həbs edildi

Hazırda oxunan: Dini mərasim keçirmək istəyən 10 nəfər cərimələndi - 2 nəfər həbs edildi

35375

Sentyabrın 2-si gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO