“Ağdam çox böyük və müasir bir şəhərə çevriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səsləndirib.
Onun sözlərinə görə, Baş plan təkcə yaşayış binalarının tikilməsini deyil, həm də çoxsaylı iş yerlərinin yaradılmasını nəzərdə tutur.
O, qeyd edib ki, Ağdam respublikanın ən günəşli bölgələrindən biri olduğundan burada günəş enerjisinin potensialı çox böyükdür:
“Bu potensialdan istifadə edilə bilər, buna görə də binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınacaq. Enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verəcəyik”.
Xüsusi nümayəndə bildirib ki, yaxın gələcəkdə bu bölgəyə səfərlər "Ağdama doğru gedirik” şüarı altında başlayacaq.
Bizim.Media