Rəqəmsal hökumət bizə nə verəcək? – Vüsal Qasımlıdan AÇIQLAMA

Rəqəmsal hökumət bizə nə verəcək? – Vüsal Qasımlıdan AÇIQLAMA

Hazırda oxunan: Rəqəmsal hökumət bizə nə verəcək? – Vüsal Qasımlıdan AÇIQLAMA

35340

“Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” hesabatı üzrə 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Ölkədə yeni rəqəmsal transformasiya konsepsiyası çərçivəsində kibertəhlükəsizliyin daha da gücləndirilməsi və yeni çağırışlara uyğun dizayn edilməsi nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a verdiyi müsahibəsi zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neçə radio-televiziya stansiyası var? – Açıqlandı


O, həmçinin ölkədə rəqəmsal transformasiyanın mövcud vəziyyətindən də danışıb.

“Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət alıb.

2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq davam etdirilib.


Hətta strateji yol xəritələri çərçivəsində “rəqəmsal keçid planı” hazırlanıb.


“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO