Zelenski Kaliforniyaya getdi – İlon Maskla görüşəcək

Zelenski Kaliforniyaya getdi – İlon Maskla görüşəcək

Hazırda oxunan: Zelenski Kaliforniyaya getdi – İlon Maskla görüşəcək

35206

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a işgüzar səfəri çərçivəsində Kaliforniyaya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə axşamı dövlət başçısının ofisi Telegram kanalında məlumat yayıb.

"ABŞ-a işgüzar səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski Kaliforniyaya gəldi. Dövlət başçısının ziyarətinin şərəfinə San-Fransisko şəhər merinin binası, dövlət orqanları, Ukrayna bayrağının rəngləri ilə işıqlandırıldı”, mesajda deyilir.

Eyni zamanda, Zelenskinin ofisi vurğulayıb ki, bu, Ukrayna müstəqilliyinin bütün tarixi ərzində Ukrayna prezidentinin Kaliforniyaya ilk səfəridir.

Kaliforniyada Zelenskinin SpaceX və Teslanın qurucusu İlon Mask, “Amazon”un qurucusu Jeff Bezos və “Apple”ın baş direktoru Tim Cook ilə görüşləri planlaşdırılır. 
 

Zelenski bu gün Stanford Universitetində də video formatında danışacaq və ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul ilə görüşəcək.


Çərşənbə günü Zelenski Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə danışıqlar aparıb. Çərşənbə axşamı və çərşənbə günləri Pentaqonda, Dövlət Departamentində və Dünya Bankında, eləcə də ABŞ Energetika Nazirliyində görüşlər və danışıqlar aparıb. Dövlət başçısı Amerikanın NASA kosmik agentliyinin direktoru Bill Nelsonla da görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO