Şahbaz Quliyev ikinci dəfə toy etməyindən danışdı - FOTO

Şahbaz Quliyev ikinci dəfə toy etməyindən danışdı - FOTO

Hazırda oxunan: Şahbaz Quliyev ikinci dəfə toy etməyindən danışdı - FOTO

35171

2020-ci ilin dekabrında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin ikinci dəfə ailə qurması ilə bağlı xəbərlər yayılıb. Quliyevin şad günündən fotolar sosial şəbəkələrdə paylaşılıb. 

Bizim.Media xəbər verir ki, Şahbaz Quliyev hələ toy məclisi təşkil etmədiyini, bunun üçün anasının ilinin çıxmasını gözlədiyini söyləyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni girovluğundan azad edilən Şahbaz Quliyev 2-ci dəfə evləndi - FOTO


"Birinci xanımım mən əsirlikdən qayıtdıqdan sonra getdi. O, sağ qayıdacağıma inanmırdı. Burada ona yaxşı hörmət etdilər. Lakin mənim xəstəliklərimə, çətinliklərə dözmədi. Ərizə yazdı, boşandıq. Qızım yanımdadır, burada oxuyacaq".

Şahbaz Quliyev bildirib ki, səhhətində problemləri var:

"Yardımçı olmağa bir insan lazımdır. Şahbaz Quliyev kefindən yox, zülmündən evlənir. İndi nişanlanmışıq, anamın ili çıxandan sonra toy edəcəm. Bu informasiyanın yayılmasını istəməzdim, çünki ailəmi tənqid edirlər". (şərq.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO