“Bu gün Əfqanıstan əhalisinin təxminən yarısı - 18 milyon insan yaşamaq üçün humanitar yardıma ehtiyac duyur. Hər üç əfqandan biri ərzağı haradan alacağını bilmir".
Bizim.Media xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antoni Quterreş deyib.
MÖVZU İLƏ BAĞLI:
BMT Əfqanıstanla bağlı qətnamə qəbul etdi
Baş katib dünya ölkələrinə xəbərdarlıq edib.
“Beş yaşınadək olan uşaqların yarısından çoxunun gələn il qida qıtlığı ilə üzləşməsi gözlənilir. İnsanlar hər gün əsas xidmətlərə çıxışlarını itirirlər. Humanitar fəlakət yaxınlaşır” - deyə əlavə edib.
Bizim.Media