Azərbaycanda bu günədək 12 jurnalist COVID-19-dan vəfat edib

Azərbaycanda bu günədək 12 jurnalist COVID-19-dan vəfat edib

Hazırda oxunan: Azərbaycanda bu günədək 12 jurnalist COVID-19-dan vəfat edib

34992

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda jurnalistlər arasında koronavirusa yoluxma halları ilə bağlı monitorinq aparıb.

Bu barədə Bizim.Media-ya JuHİ-dən məlumat verilib.

Bildirilib ki, monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

JuHİ sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir.

O bildirib ki, dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər:

Qeyd olunub ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir.
 

Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.


M.Ələsgərli deyib ki, indiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO