Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Kəlbəcərin iğaldan azad edilməsi ilə bağlı xalqa müraciət edib. 28 illik işğalın sona çatması münasibəti ilə Azərbaycan xalqını təbrik edən prezidentin çıxışında bir sıra diqqət çəkən məqamlara da yer verilib.
Ali baş komandan açıq şəkildə Azərbaycan torpaqlarının işğal olunmasında birbaşa Azərbaycan Xalq Cəbhəsinin səbəb olduğunu, bütün məsuliyyətin həmin dövrdə hakimiyyətdə olmuş, səriştəsiz şəxslərdə olduğuna diqqət çəkib.
28 il əvvəl dövlət çevrilişi ilə hakimiyyətə gələn, hakimiyyət daxili çəkişmələrlə dövlətin müdafiə qabiliyyətini zəiflədən, torpaqlar işğal olunarkən kreslo davası aparan AXCP rəhbərləri uğursuz kadr islahatları ilə də Azərbaycanın sonrakı illərdə üzləşəcəyi daha dəhşətli problemlərin təməllərini qoymuşdular.
Bu adamlar təkcə 28 il əvvəlki Azərbaycanın taleyini qaralatmaq və onu 30 illik əzablara dücar etməklə kifayətlənməyiblər. Günü bu gün də müxtəlif müxalif partiyaların rəhbərliyində oturmaqla yarımçıq qalmış işlərini davam etdirməyə cəhd göstərirlər.
Təsadüfi deyil ki, hələ II Qarabağ müharibəsi başlayana qədər bir çox müxalifət partiya mənsubları kimi AXCP sədri Əli Kərimli də Azərbaycanın müharibə aparacaq gücdə olmadığını, Qarabağın uduzulduğunu tirajlamaqda davam edirdi.
Ancaq rəşadətli Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları, Ali Baş Komandanın rəhbərliyində effektiv idarəetmə 28 il əvvəlki səhvlərin bir daha təkrarlanmasının qarşısını aldı.
Cəmi 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edildi.
Halbuki bu ərazilər AXCP iqtidarı dövründə məşəqqətli müharibənin nəticəsində bizdən alınmışdı. Qarabağı dişi ilə, dırnağı ilə müdafiə edən igid Azərbaycan oğulları idi. O oğullar bu gün də var, bu günki əsgər və zabitlərimiz o ataların övladlarıdır. Qan və qəhrəmanlıq xislətimiz dəyişməyib.
İndi kimlərinsə Böyük Zəfərimizi kölgə altına salmaq cəhdi heç bir fayda verə bilməz. Onlar aralarında parçalandıqları kimi, ürəklərində də parçalanıb heçə çıxacaqlar.
Bu zəfərin tək müəllifi Azərbaycan əsgəri, onun Ali Baş Komandanı və bu tandemi yaradan Azərbaycan xalqıdır.
Əli Kərimli kimilərsə illərcə bu birliyin yaranmasına mane oldular, işğalın ilk səbəbkarı kimi onun 30 il müddətinə qədər davam etməsinə xidmət etdilər. Beyinlərində hər gün bir fikir oldu, nəyin bahasına olur olsun, hakimiyyəti qəsb etsinlər. Bunun naminə hələ neçə rayonu da erməniyə təslim etməyə hazır idilər. Onlar bu ölkənin heç bir uğuruna sevinə bilmədilər. Azərbaycan işıqlandıqca, çiçəkləndikcə, onlar qaraya büründülər, soldular.
Xaricdən aldıqları maliyyələr hesabına hər addımda ölkəmizə qara yaxmaqdan, onun beynəlxalq imicinə zərər vurmaqdan çəkinmədilər. “Mən Azərbaycanı daha yaxşı sata bilərəm”, deyib xarici emisarlarından imdad dilədilər. Beşinci kalon fəaliyyətini icra edərək bu ölkəni daxildən qurd kimi gəmirdilər.
İndi Böyük Qələbə onları yerlə yeksan edib. Nə mədəniyyətləri, nə qabiliyyətləri, nə cəsarətləri, nə də qeyrətləri çatıb bu xalqın təntənəsinə qoşula bilmirlər.
Onlar ancaq Paşiniyan kimilərin Şuşadakı rəqsinə siyasi cəhətdən eşlik edəcək elə ermənixislət zavallılardır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:08 / 25.11.2020
AXCP-nin satdığı torpaqlar qan bahasına geri alındı
Hazırda oxunan: AXCP-nin satdığı torpaqlar qan bahasına geri alındı
Hazırda oxunan: AXCP-nin satdığı torpaqlar qan bahasına geri alındı
3498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.