Google Playın gəlirləri AÇIQLANDI 

Google Playın gəlirləri AÇIQLANDI 

Hazırda oxunan: Google Playın gəlirləri AÇIQLANDI 

34905

ilk dəfə olaraq Google Play mağazasının maliyyə göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. ABŞ-ın bəzi ştatlarında Google şirkəti antimonopoliya qanunvericiliyinin pozulmasında günahlandırılır.

Şirkətə qarşı olan əsas ittihamlar Google Play platformasının işini təyin edən şirkət siyasətini əhatə edirlər.

Belə ki, kənar Android tərtibatçıları öz tətbiqlərində Google şirkətinin ödəniş alətlərindən istifadədə məcbur edilməkdən narazıdırlar.

Kənar Android tərtibatçıları öz tətbiqləri daxilində abunəlik və kontent satışı reallaşdırdıqları zaman Google onlardan öz ödəniş alətlərindən istifadəni və bundan əlavə olaraq tərtibatçılardan satışlara görə 30% komissiya tələb edir.

Google şirkətinə qarşı aparılan antimonopoliya istintaqı çərçivəsində ortaya çıxmış sənədlərə əsasən təkcə 2019-cu ildə Google Play platformasının dövriyyəsi 11.2 milyard dollar təşkil edib.

Bununla belə platformanın mənfəəti 8.5 milyard dollar, əməliyyat gəliri isə təqribi olaraq 7 milyard dollar təşkil edib.

2019-cu ilin yekunlarına əsasən Google Play platformasının əməliyyat gəlirləri 62% yüksəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO