Ukrayna portalında əsir və ya girov götürülən azərbaycanlılar barədə məqalə dərc edildi - FOTO

Ukrayna portalında əsir və ya girov götürülən azərbaycanlılar barədə məqalə dərc edildi - FOTO

Hazırda oxunan: Ukrayna portalında əsir və ya girov götürülən azərbaycanlılar barədə məqalə dərc edildi - FOTO

34878

Ukrayna xəbər portalında Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən və ya girov götürülən azərbaycanlılar haqqında məqalə dərc edilib. 

Bizim.Media xəbər verir ki, 30 Avqust - Beynəlxalq İtkinlər Günü münasibətilə Azərbaycanın Ukraynadakı səfirliyinin təqdimatı əsasında “podrobnosti.ua” saytında məqalə dərc olunub. 

Məqalədə bildirilib ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və ya girov götürülən minlərlə soydaşımızdan 3890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdərədə əsir götürülən Cəmil Babayev barədə RƏSMİ AÇIQLAMA


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı işğalçı ölkə tərəfindən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb.

Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. 
 

“İnsanlığa qarşı ən ağır cinayətlərdən biri Azərbaycanın Xocalı şəhərində törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının işğalı zamanı öldürülən 613 sakindən 63-ü azyaşlı, 106-sı qadındır. Səkkiz ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.


Hazırda 36 uşaq və 65 qadın olmaqla, 196 Xocalı sakini Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin kimi qeydiyyata alınıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 196 nəfərdən başqa, 95 nəfərin, o cümlədən 16 uşaq və 22 qadının girov götürüldüyünə dair sübutlar var”, - deyə məqalədə vurğulanıb. 

Yazıda mülki şəxslərimizə qarşı erməni vəhşiliyi açıq-aşkar göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO