“Meşələrdə yanğın törətmək dövlətə xəyanətdir” - Kəmaləddin Heydərov

“Meşələrdə yanğın törətmək dövlətə xəyanətdir” - Kəmaləddin Heydərov

Hazırda oxunan: “Meşələrdə yanğın törətmək dövlətə xəyanətdir” - Kəmaləddin Heydərov

34855

“Bilirsiniz ki, yay aylarında Azərbaycanın dağlıq rayonlarında yanğınlar, xüsusən də meşə ərazilərində, biçilmiş və biçilməmiş taxıl sahələrində yanğınlar baş verir. Bu il isə keçən illərdən, keçən yay mövsümlərindən fərqli olaraq, demək olar ki, bir qədər çox yanğın baş verib. Biz indi Qəbələ rayonunun Abrıx kəndinin dağ hissəsində olan ərazilərə baxdıq, həm yerdən, həm helikopterdən müşahidə etdik. Doğrudan da, xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin yandırma faktları da yox deyil, var”.

Bizim.Media xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığında yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə baxış keçirdikdən sonra bildirib.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq:

“Bundan qabaq da araşdırıblar, belə faktlar müşahidə olunur. Ya ehtiyatsızlıq üzündən və ya qəsdən yandırma olur. Bunlar yəqin ki, araşdırılacaq. Amma məncə, heç kimin vicdanı, insafı qəbul eləməməlidir ki, Azərbaycanın bu gözəl təbiətində belə hadisələr törətsin. Bu, illərlə, yüz illərlə bizim ulu babalarımızın qoruyub saxladığı, bizə verdiyi nemətdir”.

Kəmaləddin Heydərov bildirib ki, bu əməli törədənlər kəndin içinə necə çıxırlar, ailələrinin üzünə necə baxırlar:

“Bununla, böyük qəhrəmanlıq edirlər? Əksinə, dövlətə, millətə, təbiətə xəyanət edirlər. Ona görə gələcəkdə də bu məsələlərə çox ciddi baxmaq lazımdır. Bu qədər meşə sahəsi yüz illərlə əmələ gəlib. Onu 5 dəqiqənin içində yandırmaq... Mən bunu başqa cür adlandıra bilmərəm. Bu öz dövlətinə, millətinə, xalqına xəyanətdən başqa bir şey deyil. İllər boyu nəsillərimizin, babalarımızın, təbiətin yaratdığı sərvəti məhv etməyə başqa nə ad vermək olar?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO