Hərbi xidmət əleyhinə cinayət törədən 9 hərbçi BAĞIŞLANDI – VİDEO

Hərbi xidmət əleyhinə cinayət törədən 9 hərbçi BAĞIŞLANDI – VİDEO

Hazırda oxunan: Hərbi xidmət əleyhinə cinayət törədən 9 hərbçi BAĞIŞLANDI – VİDEO

34818

Hərbi xidmət əleyhinə cinayət törətməkdə təqsirli bilinən bir qrup hərbi qulluqçu bağışlanıb.

Bu barədə Bizim.Media-ya cinayət işlərinə xitam verilən hərbçilərin özləri məlumat veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdərədə əsir götürülən Cəmil Babayev barədə RƏSMİ AÇIQLAMA


Müddətdən artıq xidmət etdiklərini və müharibədən sonra müxtəlif səbəblərdən dolayı xidməti yerlərini tərk etdiklərini bildirən hərbçilər redaksiyamıza ünvanladıqları videomüraciətlərində bağışlandıqları üçün ölkə başçısı İlham Əliyevə , Baş prokurora və Hərbi prokurorluğa minnətdarlıqlarını ifadə ediblər.

Hərbçilərin bildirdiklərinə görə Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqları, təltifləri və törətdikləri əməllərdən peşiman olmaları nəzərə alınaraq Respublika Hərbi Prokurorluğunda aparılan cinayət təqibinə xitam verilib. 

Qeyd edək ki, Malik Aydın oğlu Əsgərov, Tərxan Əlizadə oğlu Zeynalov, Ceyhun Seyfəddin oğlu Hidayətov, Dayandur Talıbov, Qurban Mübariz oğlu Rzayev, Mehdi Yaqub oğlu Yaqubov, Firdövsi Vahid oğlu Həsənov, baş leytenantlar Emil Tərlan oğlu Əsədov  və İlkin Elçin oğlu İsgəndərov barəsində Respublika Hərbi Prokurorluğu tərəfindən açılmış cinayət təqibinə xitam verilmişdir.

Bizim.Media məsələ ilə bağlı Respublika Hərbi Prokuroluğu ilə əlaqə yaradıb. Qurum məlumatı təsdiqləyib. 

Alçina Amilqızı, Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO