Xoşqədəm üçün heç də xoş olmayan XƏBƏR - Daha 2 TV imtina etdi

Xoşqədəm üçün heç də xoş olmayan XƏBƏR - Daha 2 TV imtina etdi

Hazırda oxunan: Xoşqədəm üçün heç də xoş olmayan XƏBƏR - Daha 2 TV imtina etdi

34801

“Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı “Xəzər” TV ilə yollarını ayırandan sonra işsiz qalıb. 

Bizim.Media yenisabah.az-a istinadən xəbər verir ki, komandası ilə birlikdə “Xəzər”i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib. 

Onun ARB-yə keçəcəyilə bağlı xəbərlər yayılsa da, sonradan təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub.

Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.

Məlumatlı şəxsin sözlərinə görə, “Səni axtarıram”ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqədəm Hidayətqızıyla əməkdaşlıqdan imtina ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO